Modern.az

Elmar Vəliyev Rövnəq Abdullayevin razılığını alıb

Elmar Vəliyev Rövnəq Abdullayevin razılığını alıb

7 Mart 2011, 11:52

Gəncə şəhər Mərkəzi stadionu əsaslı təmir olunacaq. Bu haqda Gəncə şəhər İcra Hakimiyətinini başçsı Elmar Vəliyev şəhər idmançıları ilə yığıncağında məlumat verib.  O, bildirib ki, təmirə dayanacaq şəhərin mərkəzi stadionunun «Gəncə» PFK-nın növbəti futbol mövsümündə iştirakına qədər istifadəyə veriləcəyi planlaşdırılır.
Modern.az-ın məlumatına görə, təxminən 25 min tamaşaçı tutumu olan mərkəzi şəhər stadionunun əsaslı təmir olunaraq müasir standartlara uyğun şərait yaradılması nəzərdə tutulur. Bu məqsədlə şəhər İcra Hakimiyyəti başçısı E.Vəliyev Azərbaycan Futbol Federasiyaları Asosiassiyalarının sədri, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə razılıq əldə olunduğunu da bildirib. O, bunun idmançılar, eləcə də futbol içtimaiyyəti üçün sevindirici xəbər olduğunu söyləyərək, görülən işlərin furbolun inikşafına təkan verəcəyini bildirib.
Qeyd edək ki, adı çəkilən stadion 1950-ci ildə tikilərək istifadəyə verilib. Sovet dönəmi dağıldıqdan sonra stadion bir dəfə də əsaslı təmir olunmayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat