Modern.az

Yaponiyada daha bir güclü zəlzələ olub

Yaponiyada daha bir güclü zəlzələ olub

16 Mart 2011, 11:33

Yaponiyanın paytaxtı Tokionun şərqində bu gün, 6 bal gücündə növbəti zəlzələ baş verib. Modern.az saytının cnnturk-ə istinadən verdiyi xəbərə görə, Yapon Metreoloji Agentliyi yerin10 kilometr altında zəlzələ baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində binalar uzun müddət silrkələnib. Ancaq sunaminin baş verəcəyi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

 

Eyni zamanda Yapon Nüvə Təhlükəsizlik Agentliyinin əməkdaşı Fukuşima nüvə stansiyasının giriş qapısında radiasiya səviyyəsinin artdığını bildirib. Onun sözlərinə görə, radiasiya əvvəl 6,4 MSV yüksəlib, daha sonra da 2,9 MSV düşüb. Mütəxəsislərin sözlərinə görə, radiasiyanın 10 MSV dozası insan üçün ölümcüldür.  Hökumət sözçüsü Yukio Edano Fukuşima stansiyasında radiasiya səviyyəsinin hər saat dəyişdiyini və sağlamlığa zərərli səviyyəyə çatdığını bildirib. Yukio  stansiya  işçilərinin müvəqqəti olaraq etibarlı yerlərə evakuasiya edilməsi ilə bağlı təkliflə çıxış edib.  Bir neçə gün öncə baş verən 8,9 ballıq zəlzələ və sunami nəticəsində ölənlərin rəsmi sayı 3767-ə çatıb, itkin düşənlərin sayı 7845, yaralıların sayı təxminən 2 min nəfərdir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat