Martın 20-də saat 10.00 radələrində Nərimanov rayonunun Daş Karxanası küçəsində, odeyala və salafana bükülmüş yuxarı və aşağı ətrafları, habelə başı kəsilmiş halda kişi cəsədi tapılıb. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumat yayıb.
DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Nərimanov rayon Prokurorluğu tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, onun mart ayının 12-də itkin düşmüş Nərimanov rayon sakini Sərdar Məmmədov olması müəyyənləşib. Məlum olub ki, qətli öldürülən şəxsin evində kirayədə yaşayan Aynur Məmmədova bıçaqla həyata keçirib. Qadın kişinin bədən orqanlarını kəsərək zibilliyə atıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Aynur Məmmədova tutularaq istintaqa təhvil verilib.
Modern.az