Modern.az

Əli Kərimlini nəhayət Baş Polis İdarəsindən buraxılıb (Yenilənib)

Əli Kərimlini nəhayət Baş Polis İdarəsindən buraxılıb (Yenilənib)

Təhsil

16 Aprel 2011, 20:04

AXCP sədri Əli Kərimli 2 aprel mitinqi ilə bağlı açılmış cinayət işi üzrə şahid qismində ifadə vermək üçün bu gün saat 11:00-da Bakı Şəhər Baş Polis İdarəsinə gəlib. Modern.az-ın məlumatına görə, Ə.Kərimli artıq 7 saatdan çoxdur ki, BŞBPİ-də dindirilir. Onun polis idarəsindən nə zaman çıxacağı məlum deyil.

***
AXCP sədri Əli Kərimlinin Bakı Şəhər Baş Polis İdarəsində 8 saatdan çox davam edən dindirilmə prosesi nəhayət bir qədər öncə yekunlaşıb. O, saat 19:30-da BŞBPİ-ni tərk edib.
Əli Kərimli idarənin qarşısında onu gözəyən jurnalistlərə açıqlamasında deyib ki, müstəntiqlərin sualları əsasən 2 aprel mitinqi ilə bağlı olub. "Mən də bütün sualları cavablandırdım"-deyə AXCP sədri bildirib.

"Məndən ifadəni Bakı şəhər prokurorunun müavini və müvafiq istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev aldı".

8 saat ifadə verən Ə.Kərimli "bu müddət ərzində nahar etdinizmi, çay-çörək verdilərmi" sualına belə cavab verib:

- Bəli, sağ olsunlar. Təklif etdilər və biz nahar etdik.

Əli Kərimli BŞBPİ-ni «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və mühafizəçiləri ilə birlikdə tərk edib.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də dünən Bakı Şəhər Baş Polis İdarəsində istintaqa 6 saat ifadə verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?