Modern.az

Polis rəisi bıçaqlanıb

Polis rəisi bıçaqlanıb

Təhsil

28 May 2011, 19:19

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 27-də saat 11.00 radələrində Ağstafa şəhər sakini Rauf Qəniyevə məxsus "VAZ-21011" markalı avtomaşın evinin qarşısından qaçırılıb. Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış həmyerlisi Ramil Yaqubov avtomaşınla birgə saxlanılaraq RPŞ-nə gətirilib. RPŞ-nin həyətində olarkən R.Yaqubov qəflətən cib bıçağı ilə  Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Hidayət Kərimovə yüngül xəsarət yetirib. H.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Modern.az



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat