Modern.az

“Xəzər” TV BBC-dən nə aldığını açıqladı

“Xəzər” TV BBC-dən nə aldığını açıqladı

26 Avqust 2011, 18:26

Modern.az saytının məlumatına görə, BBC-nin Bakı ofisi bağlandıqdan sonra onun əmlakını «Xəzər» televiziyası alıb.

Bu məlumatı “Xəzər” telekanalından da təsdiqləyiblər.

Televiziyadan Modern.az-a bildiriblər ki, BBC-nin Bakı bürosundan radio yayımında istifadə olunan avadanlıqlar alınıb. Avadanlıqlar üçün nə qədər vəsaitin xərclənməsi ilə bağlı isə məlumat verilməyib.

Aytən ƏLİYEVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə