Modern.az

İqtisadi İnkişaf Nazirliyi: "Aktivia"nın reklamlarında məhsul sertifikatlaşdırılmayıb"

İqtisadi İnkişaf Nazirliyi: "Aktivia"nın reklamlarında məhsul sertifikatlaşdırılmayıb"

6 Sentyabr 2011, 15:17

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinq keçirib. Modern.az-a nazirliyə istinadən bildirir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının "mütləq sertifikatlaşdırılmalıdır" yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, "Danon" MMC-nin "Aktivia" adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkar edilib.

Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilən  qanun pozuntuları aradan qaldırılıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə