Modern.az

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

Təhsil

30 Dekabr 2021, 11:57

Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil hüququ əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı hesabatında bildirilib.

 

Qeyd olunub ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilən Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır.

 

Bundan başqa, cari tədris ilində Macarıstan, Qazaxıstan, Çin vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

 

Ümumilikdə, 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat