Modern.az

İxtisas seçimi edən abituriyentlərin NƏZƏRİNƏ

İxtisas seçimi edən abituriyentlərin NƏZƏRİNƏ

Təhsil

15 Avqust 2022, 09:31

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

DİM-dən Modern.az-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

 

Kitabçaları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür. Nəşrlərin elektron versiyasını isə (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat