Modern.az

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları açıqlandı

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları açıqlandı

7 Sentyabr 2022, 18:48

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

 

Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

 

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?