Modern.az

Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaq - RƏSMİ

Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaq - RƏSMİ

Təhsil

4 Aprel 2023, 09:27

Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

 

"Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar", - rəsmi açıqlamada deyilir.

 

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərin olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə