Modern.az

Səlim Müslümov şikayətçilərlə görüşə gedir

Səlim Müslümov şikayətçilərlə görüşə gedir

Təhsil

2 Oktyabr 2013, 10:41

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 04 oktyabr 2013-cü il tarixdə, saat 11:00-da Fondun Ağdaş rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsu rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək. Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Ağdaş rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt  ünvanı, habelə  aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun  Aparatında  (012) 434-12-34,  Ağdaş rayon şöbəsində  (020) 235 - 50 - 28,  Kürdəmir rayon şöbəsində  (020) 255 -02- 07, İsmayıllı rayon şöbəsində (020) 285 - 12- 02,  Ucar rayon  şöbəsində  (020) 213 - 01- 17, Göyçay  rayon şöbəsində (020) 274-61-35, Şamaxı rayon şöbəsində (020) 265-14-15 və Ağsu rayon şöbəsində (020) 226-51-07.

Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?