Modern.az

Təhsil naziri: “Biz müasir peşəkarlar hazırlamalıyıq”

Təhsil naziri: “Biz müasir peşəkarlar hazırlamalıyıq”

Təhsil

2 Oktyabr 2013, 12:02

Bu gün 18 nömrəli Bakı Peşə liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası “BOSCH” Resurs Mərkəzinin, “Bərbər” ixtisası üzrı tədris emalatxanasının açılışı olub. Modern.az xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı Səfirliyinin konsulu İnnes Hofman, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xalədddin İsgəndərov və “BoSCH” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, peşə təhsilinin inkişafı ölkəmiz üçün çox mühümdür.
“Birinci səbəb bundan ibarətdir ki, Azərbaycanın iqtisadiyyatına müasir peşəkarlar lazımdır. Ölkənin inkişaf potensialı çox yüksəkdir. Bu da o deməkdir ki, biz müasir peşəkarlar hazırlamalıyıq. Onlara sənət öyrətməliyik. Həm Azərbaycanın daxili iqtisadi tələbləri üçün, həm də gələcəkdə regional əmək bazarlarının inkişafı üçün Azərbaycan peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir”.
Nazir bildirib ki, buna nail olmaq üçün ən müasir və yeni texnologiyaların, biliklərin, təcrübələri Azərbaycanın peşəkarlıq sahəsinə gətirmək lazımdır.
“Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşıq çərçivəsində peşəkarların hazırlanmasına diqqət yetirir. Bu gün dünyada uğura nail olmuş və inkişaf etmiş ölkələrin əsas əldə etdiyi üstünlük məhz bilikdən, peşəkarlıqdan, insan kapitalının elm kapitalına çevrilməsindən irəli gəlir. Məhz bu məqsədləri nəzərdə tutaraq ölkə başçısı hər zaman təhsilin inkişafına, həm maddi-texniki bazanın gücləndilrilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunhmasına daim diqqət göstərir”.
Almaniyanın Azərbaycandakı Səfirliyinin konsulu İnes Hofman da Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkədə peşəkar kadrlara ehtiyac olduğunu deyib. O bildirib ki, Almaniya hökuməti də də hər zaman peşəkar kadrların hazırlanmasında Azərbaycana dəstək göstərməyə hazırdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, peşə liseyində yeni mərkəzlərin açılması ümumilikdə gənclərin əlavə ixtisaslara yiyələnməsi üçün əlavə imkanlar yaradacaq.
Daha sonra təhsil naziri tədbir iştirakçıları ilə birlikdə Resurs Mərkəzinin açılışı edib və Mərkəzlə tanış olublar.

Aytən ƏLİYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?