Modern.az

“Gələn il peşə məktəblərinə maraq artacaq” - Nazir

 “Gələn il peşə məktəblərinə maraq artacaq” - Nazir

Təhsil

2 Oktyabr 2013, 15:02

“Mən düşünürəm ki, gələn il Azərbaycanda peşə təhsilinə maraq bu ilkindən daha çox olacaq. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, qeyd edib ki, peşə təhsili sahəsinin canlandırılması üçün bir sıra layihələr həyata keçirilir. “Bu istiqamətdə “Müasir Azərbaycan peşəkarı şüarı” adı altında layihələr keçirilir. Azərbaycan iqtisadiyyatının artmasını nəzərə alaraq müxtəlif sahələrdə yüksək səviyyəli peşəkarlara ehtiyac var. Bütün bu faktorlar peşə təhsilinin inkişafına öz təsirini göstərəcək və növbəti illərdə biz peşə təhsili məktəblərinə ildən-ilə marağın artmasının şahidi olacağıq. Bütün bunlara baxmayaraq bu il də peşə təhsili müəssisələrinə qəbul tam normal şəkildə həyata keçirilir və bu sahədə problem yaşanmır”.

Nazir uşaq evlərində böyüyən gənclərin təhsilinin davam etdirilməsi məsələsinə də toxunub. O bildirib ki, qanunvericiliyə əsasən valideyn himayəsi olmayana uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir: “Gələcəkdə bu kimi tədris olacaqlarının məzunlarının sosial inteqrasiyası üçün tədbirlər davam etdiriləcək”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?