Modern.az

Serj Sərkisyandan avantürist açıqlama: “Azərbaycan düşmənimiz deyil” - YENİLƏNİB

Serj Sərkisyandan avantürist açıqlama: “Azərbaycan düşmənimiz deyil” - YENİLƏNİB

Təhsil

2 Oktyabr 2013, 15:32

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistan prezidenti Serj Sərkisyan çıxış edib. Modern.az Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir ki, Sərkisyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Erməni dövlət başçısı bildirib ki, Dağlıq Qarabağla bağlı hadisələr neqativ məcraya yönələrsə, Ermənistan öz gücünə etibar edəcək.

İşğalçı dövlətin rəhbəri Azərbaycanla münasibətlərdən də söz açarkən belə deyib. “Azərbaycan bizim düşmənimiz deyil. Biz problemi sülh yolu ilə həll edə bilərik”-deyən Ermənistan prezidenti Qarabağda qurduqları separatşı rejim haqda sərsəm fikirlərini də dilə gətirib.
“Qarabağdakı demokratiya qonşu ölkələrlə müqayisədə daha yaxşıdır”-deyə S.Sərkisyan yenə öz ampluasında danışıb.

Serj Sərkisyan Avropa Şurası Parlament Assambleyasının üzvlərinin suallarını cavablandırarkən “Ermənistamn Dağlıq Qarabağ probleminin həllində “ikitərəfli güzəştlərin” edilməsini tələb edir” deyə bildirib. O qeyd edib ki,  ATƏT-in Minsk qrupunun Madrid prinsipləri məsələnin həlli üçün əsas rolunu oynayır.

Sərkisyan eyni zamanda tərəflər arasında razılığın yaranmasına da şübhə ilə yanaşdığını bildirib. “Azərbaycanın Madrid prinsiplərinə əsaslanan regionda tərəflərin silahlanmasının qarşısının alınması ilə bağlı sənədləri imzalamasına şübhə ilə yanaşırıq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?