Modern.az

Deputat: “Xankəndi şəhər İcra Hakimiyyəti yaradılmalıdır” – AÇIQLAMA

Deputat: “Xankəndi şəhər İcra Hakimiyyəti yaradılmalıdır” – AÇIQLAMA

4 Oktyabr 2013, 11:43

“Xankəndi şəhər icra hakimiyyətinin olması  məqsədəuyğundur”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.                                                                                             

“ Xankəndi  icra hakimiyyəti yaradılmasa da inzibati ərazi bölgüsündə Xankəndi şəhəri Xocalı şəhərinin ərazisində yerləşir. Əgər şəhər icra hakimiyyəti yaratmaq məqsədəuyğun deyilsə Xocalı İcra Hakimiyyəti tabeliyində Xankəndi şəhər icra nümayəndəliyini yaratmaq olar.  Bir rəsmi qurum yaratmaq lazımdır.  Məsələnin siyasi tərəfi də var.  Çünki bu gün Xankəndinin adını  ermənilər 20-ci illərdən dəyişib Stepanakert qoyublar. Bu gün də onlar  qeyri-rəsmi olaraq hər yerdə Stepanakert adı ilə  təmsil olunurlar. Xankəndlilər rəsmi qaydada Xankəndi adı ilə təmsil olunarsa bunu məqsədəuyğun hesab edirəm. Xankəndi şəhər nümayəndəliyi və yaxud Xankəndi şəhər icra hakimiyyəti yaradılması məqsədəuyğun olardı”-deyə   Elman Məmmədov qeyd edib.                                                   

Millət vəkilinin sözlərinə görə, Xankəndində 1988-ci ilə  qədər  17 min azərbaycanlı yaşayırdı. “2000-ci ilə qədər Xocalı şəhərinin icra başçısı olmuşam. Həmin dövrdə də 2000-ci ildən deputat seçiləndə də bu məsələni qaldırmışam. Xankəndi 1920-23-cü illərdən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olub. Qeyri-qanuni yaradılmış, heç bir hüquqi əsası olmayan vilayətin mərkəzi olub. Xankəndində ermənilər, azərbaycanlılar və digər millətin nümayəndələri orda yaşayıb.  1988-ci ildə məlum hadisələr ermənilər tərəfindən başlayana qədər Xankəndində 17 min nəfərə qədər  azərbaycanlı yaşayırdı. Xankəndində institut, Azərbaycan, rus və erməni  sektoru, texnikum, tibb texnikumu, böyük istehsal sahələri var idi. Hansı ki hamısında azərbaycanlılar işləyirdi. Çox təəssüf ki xankəndlilər elə həmin dövrdən yəni 1988-ci ildən Xankəndindən qovulandan sonra respublikanın müxtəlif yerlərinə səpələndilər, məskunlaşdılar”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?