Modern.az

Ölkə üzrə 20 şagirdə 1 kompüter düşür - PROBLEM

 Ölkə üzrə 20 şagirdə 1 kompüter düşür - PROBLEM

14 Oktyabr 2013, 16:54

Hal-hazırda Azərbaycanda  20 şagirdə 1 kompüter düşür. Dövrümüz kompüter əsri olsa da Azərbaycanın bir sıra kənd rayonlarında orta məktəb şagirdlərinin kompüter biliyi sıfıra bərabərdir.  Bunu rəsmi açıqlamalar da təsdiqləyir.

Modern.az saytı 2014-cü il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, hazırda Azərbaycanda 20 orta məktəb şagirdinə 1 kompüter düşür. Halbuki dünyanın bir sıra inkişaf etmiş ölkəsində şagirdin kompüterinin olmaması mümkünsüzdür.

Layihədə bildirilir ki, təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompüter nisbəti təmin olunub. Layihədə bu göstərici 10 il əvvəlki zamanla müqayisə olunub. O da məlum olub ki, 2003-cü ildə bu nisbət hər 1063 şagirdə bir kompüter  təşkil edib.

Ulduz İBRAHİMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat