Modern.az

Araz Əlizadə rus polisini DƏSTƏKLƏDİ: “Orxan Zeynalova qarşı hər cür hərəkət etmək olar”

Araz Əlizadə rus polisini DƏSTƏKLƏDİ: “Orxan Zeynalova qarşı hər cür hərəkət etmək olar”

17 Oktyabr 2013, 12:30

ASDP sədri Araz Əlizadə qətl törətməkdə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən döyülməsini əks etridən kadrlara haqq qazandırıb. A.Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, Orxan Zeynalovun qətl törətməsini çox pis qiymətləndirir.

“Kiminsə evinə qonaq gedəndə, özünü ev sahibinin qoyduğu qayda-qanuna uyğun aparmalısan. Orxan Zeynalov qətl törətməklə həmyerlilərimizi təhlükə ilə üz-üzə qoyub. Onun etdiyi insani hərəkət deyil”-deyə ASDP sədri vurğulayıb.

O, Azərbaycan vətəndaşının qanunazidd olaraq döyülərək, alçaldılması barədə ictimai rəydə aparılan diskussiyanı dəstəkləməyib. “Kimsə cinayət törədirsə, ona qarşı hər cür hərəkət etmək olar”-deyə A.Əlizadə bildirib.  

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat