Modern.az

Moskvada saxlanılan Orxan Zeynalova tərcüməçi və vəkil tutuldu

Moskvada saxlanılan Orxan Zeynalova tərcüməçi və vəkil tutuldu

17 Oktyabr 2013, 14:10

“Moskvada hələlik sakitçilikdir və azərbaycanlılara qarşı təhlükə yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru  İlqar Hacıyev deyib. O qeyd edib ki, Moskvanın və Rusiyanın hər regionunda polislər vətəndaşları qoruyurlar və azərbaycanlılara qarşı münasibət həmişəki kimidir.

“Bu gün bizə azərbaycanlılardan çoxlu ərizələr daxil olub, bizim özümüz çox yerlərə müraciət etmişik, çıxışlarımız var. Təbii ki, bu hal heç də xoş deyil. Dünən biz səfirlik və Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı təmsilçisi ilə birlikdə görüşdük və qərara gəldik ki, Orxana tərcüməçi və vəkil ayrılsın. Bu gün ayrılıb və gediblər. Ümumi vəziyyət sakitçilikdir. Elə bir problem yoxdur. Tutulan artıq tutulub, “Pokrov” bazası da bağlandı”.

Qeyd edək ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat