Modern.az

Arif Yunus: “Polad Bülbüloğlunun fikirləri ilə qətiyyən razı deyiləm”

Arif Yunus: “Polad Bülbüloğlunun fikirləri ilə qətiyyən razı deyiləm”

17 Oktyabr 2013, 14:44


“Mən səfir Polad Bülbüloğlunun fikirləri ilə qətiyyən razı deyiləm. Hesab edirəm ki, Rusiyada baş verənlər Azərbaycanla münasibətlərin pisləşməsi məqsədi daşımır”. Bunu Modern.az-a aşıqlamasında konfliktoloq Arif Yunus deyib. O, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Dojd” telekanalına müsahibəsi zamanı Orxan Zeynalovla bağlı hadisələri üçüncü qüvvəyə bağlamağını düzgün hesab etməyib. Siyasi təhlilçi qeyd edib ki, rəsmi Moskva ümumiyyətlə miqrantlara qarşı qərəzli mövqedədir və bu hal dövlətlərarası münasibətlərin gərginləşməsinə yönəlməyib.

“Rusiyada tək azərbaycanlılara qarşı deyil, digər ölkələrdən olanlara da ayrı-seçkilik edilir. Rusiyada dövləti tərəfindən aparılan şovinist, millətçi siyasət nəticəsində MDB məkanından olan vətəndaşlarla yanaşı, Çin, Vyetnamdan olan miqrantların da vəziyyəti yaxşı deyil. Ona görə də son vaxtlar yaşananlar Azərbaycan-Rusiya münasibətləri ilə bağlı deyil”-deyə A.Yunus söyləyib.

Konfliktoloq vurğulayıb ki, Rusiyadakı mövcud hakimiyyət millətçilik siyasəti yürütməklə sosial gərginlik yaradır. “Bununla da əcnəbi vətəndaşları durumu pisləşib. Bir daha deyirəm ki, Orxan Zeynalovla bağlı olaylarda üçüncü qüvvənin marağı və ya əli yoxdur”.

Qeyd edək ki, Rusiyadakı səfirimiz P. Bülbüloğlu bu ölkənin “Dojd” telekanalına müsahibəsində  Orxan Zeynalovun həbs olunaraq işgəncəyə məruz qalmasına münasibət bildirib. Səfir qeyd edib ki, hadisələrin səngiməməsi Azərbaycan-Rusiya əlaqələrinin gərginləşməsinə yönəlib və bunda üçüncü qüvvənin barmağı var.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat