“Qəbələ” futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syomin son günlər Moskvada baş verənlərə münasibət bildirmək istəməyib. 66 yaşlı mütəxəssis Modern.az saytına açıqlamasında deyib ki, bu haqda danışmaq istəmir:
“Mənim bu barədə danışmağım doğru olmaz. Çünki Moskvada baş verənlər siyasi məsələdir. Ona görə də münasibət bildirmək istəmirəm”.