Modern.az

Rusiya XİN-i Polad Bülbüloğluna ETİRAZ etdi: “Səfirin dedikləri uydurmadır”

Rusiya XİN-i Polad Bülbüloğluna ETİRAZ etdi:  “Səfirin dedikləri uydurmadır”

17 Oktyabr 2013, 17:19

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan səfiri Polad Bülbüloğlunun “Dojd” telekanlına müsahibəsində Moskvada anti-Azərbaycan əhvalının qızışdırıldığı barədə dediyi fikirlərə etiraz edib. Modern.az saytı xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, “Polad Bülbüloğlunun bu sözləri onları təəccübləndirib”.

“Rusiyada anti-Azərbaycan isteriyasının qaldırıldığı barədə Azərbaycan səfirinin bəyanatı uydurmadır və heç bir əsası yoxdur”-deyə Lukaşeviç vurğulayıb.

X.SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat