Modern.az

AMEA-da Direktorlar Şurası yaradıldı

AMEA-da Direktorlar Şurası yaradıldı

17 Oktyabr 2013, 17:34

Milli Elmlər Akademiyasında (AMEA) elmi müəssisələrinin Direktorları Şurası yaradılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. İclasda həmçinin, qurumun tərkibi və Direktorlar Şurası haqqında Əsasnamə təsdiq edilib.

Modern.az-ın məlumatına görə, Direktorlar Şurası AMEA elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması, elmi tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin işlənib hazırlanması, elmi müəssisələrin iş təcrübəsinin ümumiləşdirilməsi, onların inzibati-idarəetmə heyətinin peşəkarlığının yüksəldilməsi məqsədi daşıyır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat