Modern.az

Əli Kərimlinin oğlu azadlığa buraxıldı

Əli Kərimlinin oğlu azadlığa buraxıldı

Təhsil

18 Oktyabr 2013, 09:46


Modern.az xəbər verir ki, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli oktyabrın 18-ə keçən gecə 25 sutkalıq müvəqqəti həbsdən azad edilib.

Türkel Kərimli Milli Şuranın sentyabrın 22-də keçirilmiş mitinqindən sonra iki dostu Ülvi Nuriyev və Coşqun Salahovla birgə saxlanılmışdı. Daxili İşlər Nazirliyi bəyan edib ki, T.Kərimli və dostları prezidentliyə namizədlərin plakatlarını cırarkən saxlanılıb və polisə tabe olmayıb.

Nəsimi rayon məhkəməsi Türkel Kərimliyə 25 sutka həbs cəzası kəsmişdi. Onun dostları Ülvi Nuriyev və Coşqun Salahov barəsində isə 30 sutkalıq inzibati həbs qərarı seçilib.

T.Kərimli və dostlarına qarşı İnzibati Xətallar Məcəlləsinin 310.1 maddəsi (polisə tabe olmamaq) ilə ittiham irəli sürülüb.

AXCP sədri Əli Kərimli bildirib ki, oğlu onun siyasi fəaliyyətinə görə saxlanılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat