Modern.az

“LUKoyl” prezidenti Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi

“LUKoyl” prezidenti Vahid Ələkbərov İlham Əliyevi təbrik etdi

Təhsil

19 Oktyabr 2013, 14:57

“Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Modern.az bildirir ki, təbrikdə V. Ələkbərov  dövlət başçısının qələbəsini “inamlı qələbə” adlandırıb.

“Seçkilərdə inamlı qələbəniz Sizin böyük siyasi nüfuzunuzu və apardığınız kursun ölkə əhalisi tərəfindən dəstəkləndiyini təsdiq edir. Sizin rəhbərliyinizlə Azərbaycanın dinamik sosial inkişafının təmin olunmasına, əhalinin həyat keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrinin inkişafı üçün iqtisadiyyata iri sərmayələrin cəlb edilməsinə yönəlmiş dəyişikliklər uğurla davam edir. Xarici ölkələrlə ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir”-deyə V.Ələkbərov vurğulayıb.

O, həmçinin Azərbaycanda “LUKoyl” ASC-nin fəaliyyətinin dəstəklənməsinə görə İlham Əliyevə dərin minnətdarlığını bildirib. “Sizi əmin edirəm ki, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı daim inkişaf etdirmək əzmindəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat