Modern.az

Sumqayıtda güclü yanğın - xəsarət alanlar var - VİDEO+YENİLƏNİB

Sumqayıtda güclü yanğın - xəsarət alanlar var - VİDEO+YENİLƏNİB

Təhsil

19 Oktyabr 2013, 23:50



Bir neçə saat əvvəl Sumqayıt şəhərindəki "Karvan" ticarət mərkəzində güclü yanğın başlayıb. Modern.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 10-dək yanğınsöndürən maşını cəlb olunub. Hələlik yanğını söndürmək mümkün olmayıb.
Hazırda alovu söndürməyə çalışırlar.

Sumqayıtın ən böyük ticarət mərkəzində baş verən yanğın burada ticarətlə məşğul olan onlarla sahibkara ciddi ziyan vurub. Bəzi şahidlər sahibkarlara dəyən ziyanın miqdarının 1 milyon manatdan çox olduğunu iddia edirlər.
Bəzi ticarətçilər alovün bürüdüyü binaya atılıb mallarını xilas etmək istəyirərkən xəsarət alıblar. Xəsarət alanların 10-dan çox olduğuna dair məlumat var. Yüzlərlə ailə bu obyektdə ticarət etməklə dolanır. Kiminin nisyə, kiminin də kreditlə alıb gətirdiyi mallar yanıb. İndi çoxları ümidsizlik içindədir...

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Nazirliyin digər xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş vermiş yanın söndürülüb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə barədə danışan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, ilkin məlumata görə, yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib. 

Nazir müavini yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. 

Yanğın ticarət mərkəzinin damından başlayıb və 2-3-cü mərtəbələri əhatə edib. 

E. Mirzəyev ticarət mərkəzində su hovuzunun olduğunu, amma orda yetərli qədər suyun olmadığını da qeyd edib. 

Nazir müavini hadisədə bir yanğınsöndürən əməkdaşının tüstüdən zəhərləndiyini, ona ilkin yardım göstərildiyini və səhhətinin normal olduğunu da bildirib. 

Yanğının başvermə səbəbləri və dəyən ziyanın miqdarı araşdırmalardan sonra bəlli olacaq.








Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat