Modern.az

Allahşükür Paşazadə Rusiyada məruzə edəcək

Allahşükür Paşazadə Rusiyada məruzə edəcək

Təhsil

20 Oktyabr 2013, 17:41

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyasının Ufa şəhərinə yola düşəcək. QMİ-dən Modern.az-a verilən məlmata görə, səfər 22 oktyabrda Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada «Rusiyada İslam və dövlət»  mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.
Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək. Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın Baş Müftisi Talqat Tacuddini  anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcək.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat