Bu gün sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işinə baxılacaq.
Məhkəmədən verilən məlumata görə, saat 10.30-da başlayacaq proses üzrə hazırlıq iclası keçiriləcək. Prosesin oktyabrın 21-də olacağı barədə artıq məhkəmənin qəbul şöbəsində yazılı qeyd asılıb.
Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Modern.az