Modern.az

Azərbaycanın “Eurovosion-2013” uşaq yarışmasında iştirakı tasdiqləndi

Azərbaycanın “Eurovosion-2013” uşaq yarışmasında iştirakı tasdiqləndi

Təhsil

21 Oktyabr 2013, 10:07


Azərbaycan İctimai Televiziya və Radio Yayımları Birliyi “Uşaq Erovision 2013” mahnı müsabiqəsində iştirakını təsdiq  edib.
Modern.az-ın məlumatına görə, oktyabrın 18-i, Avropa Yayımları Birliyi rəsmi şəkildə Azərbaycanın bu müsabiqədə iştirakı haqda məlumat yayıb.

Bu ay ərzində  İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək üçün dinləmələr keçirib. Kanalın təşkil etdiyi kastinqlərdə 10-15 yaş arası 100-dən çox uşaq iştirak edib. “Uşaq Eurovision” mahnı yarışmasında iştirak edəcək təmsilçi və mahnı ilə əlaqədar bir qədər sonra daha ətraflı məlumat veriləcək.  Qeyd edək ki, Azərbaycan ilk dəfə bu müsabiqədə 2012-ci ildə iştirak edib. Ömər Sultanov və Suada Ələkbərova dueti "Girls & Boys" (Dünya sənindir) mahnısı ilə müsabiqədə 11-ci yer tutub. 

Modern.az //mail.google.com/mail/u/0/images/cleardot.gif  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat