Bu gün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uolik Azərbaycana səfərə gəlib. Səfərlə bağlı Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumatda bildirilir ki, amerikalı həmsədr artıq görüşlərə başlayıb.
“Amerikalı həmsədr cənab Ceyms Uorlik Azərbaycanda qısamüddətli səfərdədir. Artıq prezidentlə görüşüb. Bundan əlavə, bir neçə görüşü olacaq, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə. Səfərin sonunda ATƏT öz tərəfindən press-reliz yayacaq”.
Mətbuat xidmətindən o da bildirildi ki, Ceyms Uorlik Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarla da artıq görüşüb.
Vüqar İsmayılov