Modern.az

Universitetlərdə bəzi ixtisaslarla bağlı islahatlara ehtiyac var

Universitetlərdə bəzi ixtisaslarla bağlı islahatlara ehtiyac var

24 Oktyabr 2024, 17:16

Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.

Modern.az xəbər verir ki, bu barədə  elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu bildirib: "Əslində bu indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə