
İranın Xarici İşlər Nazirliyi Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabla bağlı açıqlama verib. Modern.az saytı “Mehr” agentliyinə istinadən xəbər verir ki, R. Zərrabın İran üzərindən çirkli pul yumağına münasibət bildirilib. Bu haqda danışan İran xarici işlər nazirinin Asiya üzrə müavini İbrahim Rəhimpur bildirib ki, Türkiyədəki olayların əsas fiquru iranlı iş adamı Rza Zərrab deyil. “Bu hadisələr Türkiyədəki siyasi proseslərin pərdə arxası məqamlarından qaynaqlanır”, - deyə XİN rəsmisi söyləyib.
XİN nümayəndəsi onu da qeyd edib ki, İranın ticarət əlaqələri ilə bağlı səsləndirilən fikirlərin kifayət qədər qarmaqarışıqlığı ətraflı şərh vermək üçün əlverişli deyil. Rəhimpurun sözlərinə görə, iddialar medianın ortaya atdığı məsələdir. Ancaq İran XİN rəsmisi həbs dalğasının genişlənməsinin məsələnin ciddi məqamlarından xəbər verdiyini də istisna etməyib.
Aqşin Kərimov