Modern.az

Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişməsi BAŞLADI

Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişməsi BAŞLADI

Təhsil

25 Noyabr 2024, 11:00

Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən xəbərə görə, bununla yanaşı müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-nə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Xatırladaq ki, oktyabrın 31-i saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi zamanı sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv edilib. Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə