Dekabrın 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. Sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda partiyanın nəzdində fəaliyyət göstərən komissiyalara dair əsasnamə müzakirə edilərək qəbul olunub.
“Media forum” saytının məlumatına görə, İdarə Heyətinin iclasında komissiyaların təqdim etdiyi iş planlarına baxılıb və bununla əlaqədar fikir mübadiləsi aparılıb.
Yeni Azərbaycan Partiyasında bu komissiyalar yaradılıb:
İqtisadi məsələlər üzrə komissiya - sədr Eldar İbrahimov (Milli Məclisin aqrar siyasət komitəsinin sədri),
Sosial məsələlər üzrə komissiya - sədr Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri),
Humanitar məsələlər üzrə komissiya - sədr Yusif Hümbətov (“Azərsutikinti” ASC-nin sədri),
Elm və təhsil üzrə komissiya - sədr Abel Məhərrəmov (Deputat, BDU-nun rektoru),
Gənclər, idman və mədəniyyət komissiyası - sədr Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini),
Ailə və qadın məsələləri üzrə komissiya - sədr Nurlana Əliyeva (YAP Qadınlar Şurasının sədri),
Regional inkişaf üzrə komissiya - sədr Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri),
Beynəlxalq əlaqələr üzrə komissiya - sədr Bahar Muradova (Milli Məclisin sədr müavini),
Partiyalararası əlaqələr və dialoq komissiyası - sədr Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri),
Mətbuat və ictimai əlaqələr üzrə komissiya - sədr Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü),
Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası - sədr Mixail Zabelin (Milli Məclisin deputatı),
Partiyadaxili inkişaf və intizam komissiyası - sədr Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü).
Modern.az