Modern.az

Samuxda təyyarə qəzasının qurbanları bir dəqiqəlik sükutla yad edilib - FOTO

Samuxda təyyarə qəzasının qurbanları bir dəqiqəlik sükutla yad edilib - FOTO

26 Dekabr 2024, 12:35

Bu gün Azərbaycannın bütün rayonlarında olduğu kimi Samux rayonunda da dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Modern.az xəbər verir ki, Samuxda saat 12:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. İnsanlar həlak olanların xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

140634014063411406342

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə