Modern.az

Şagirdlərin davamiyyət göstəricisi aşağı düşüb - RƏSMİ

Şagirdlərin davamiyyət göstəricisi aşağı düşüb - RƏSMİ

Təhsil

24 Fevral 2025, 17:06

“Hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb”.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib:

“Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır