Azərbaycan Dövlət Neft və Sənaye Universiteti elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.
Modern.az xəbər verir ki, universitetdə 350-ə yaxın vakansiya var.
Müvafiq vakant vəzifələr aşağıdakılardır:
| Sıra № | Kafedra | Vakant vəzifə | ||
|---|---|---|---|---|
| Professor | Dosent | Müəllim | ||
| 1 | Sənayenin iqtisadiyyatı kafedrası | 1 | 4 | 8 |
| 2 | Menecment kafedrası | - | 4 | 5 |
| 3 | Xarici dillər kafedrası | - | 1 | 37 |
| 4 | Elektronika və avtomatika kafedrası | 2 | 12 | 16 |
| 5 | Kompüter mühəndisliyi kafedrası | - | 15 | 23 |
| 6 | Cihaz mühəndisliyi kafedrası | - | 3 | 10 |
| 7 | Ümumi və tətbiqi riyaziyyat kafedrası | 5 | 9 | 5 |
| 8 | Elektroenergetika kafedrası | - | 3 | 6 |
| 9 | Elektromexanika kafedrası | - | 5 | 5 |
| 10 | Enerji istehsalı texnologiyaları kafedrası | - | 6 | 2 |
| 11 | Fizika kafedrası | - | 10 | - |
| 12 | Sənaye maşınları kafedrası | 1 | 4 | 12 |
| 13 | Materialşünaslıq və emal texnologiyaları kafedrası | - | 3 | 4 |
| 14 | Mexanika kafedrası | - | 2 | 3 |
| 15 | Kimya və qeyri-kimya maddələrinin texnologiyası kafedrası | 1 | 1 | 2 |
| 16 | Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrası | 3 | 8 | 10 |
| 17 | Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrası | 1 | 6 | 8 |
| 18 | Humanitar fənnlər kafedrası | - | 4 | 9 |
| 19 | Neftin, qazın nəqli və saxlanması kafedrası | - | 6 | 7 |
| 20 | Neft-qaz mühəndisliyi kafedrası | - | 16 | 10 |
| 21 | Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrası | - | 3 | 8 |
| 22 | Neft-qaz geologiyası kafedrası | - | 4 | 2 |
| 23 | Geofizika kafedrası | 1 | 2 | 1 |
| 24 | Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrası | - | 2 | 4 |
| Elan edilən vakant vəzifələrin cəmi | 15 | 133 | 197 | |
Tələblər:
Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:
Müraciət tarixləri:
16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.
CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.
Yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.