Modern.az

Məktəbin işçiləri direktorun maşınını yuyur? - Araşdırma başladı

Məktəbin işçiləri direktorun maşınını yuyur? - Araşdırma başladı

26 İyun 2025, 18:59

240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır. 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb.

Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?