Modern.az

Magistraturaya elektron sənəd qəbulu BAŞLAYIR

Magistraturaya elektron sənəd qəbulu BAŞLAYIR

Təhsil

23 İyul 2025, 15:32

Sabah saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?