Bu dəyişikliyin əsası zamanın tələbləri ilə bağlıdır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Adil Vəliyev Elm və təhsil komitəsinin bugünkü iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.
"45 min namizəd müsabiqədən keçərək müəllim peşəsinə layiq görülüb. İstənilən namizəd qeydiyyatdan keçib müsabiqədə iştirak edir. Amma nəticədə hər il 10-12 min arası qeydiyyatdan keçən şəxslər müsabiqədə iştirak etməkdən imtina edirlər. Bununla da imtahanın keçirilməsi xərcləri daha çox olur. Əlçatan məbləğ təxminən 45-50 manat ödəniş tələb ola bilər"
O qeyd edib ki, hər il bu imtahanın keçirlməsi üçün 1 milyondan çox pul xərclənir: "İmtahanın ödənişli olması həm xərcləri qarşılayacaq, həm də əlavə şəxslərin iştirakının qarşısını alacaq".
Adil Vəliyev onu da bildirib ki, qanunvericiliyə uyğun olaraq imtahanda ilk dəfə iştirak edənlər və əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər ödənişdən azad ediləcək.