Təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 18-25 iyun ayında həyata keçirilib.
Modern.az-ın məlumatına görə, AzEdu.az Təhsil Portalına Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edərək uğur qazanan namizədlər arasında 32-42 yaş aralığında olanlar üstünlük təşkil edib:
"Uğur qazanan 7952 nəfər məhz bu yaş aralığında olan şəxslərdir".
Qeyd edək ki, 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib.