Modern.az

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Təhsil

22 Sentyabr 2025, 13:01

Növbəti tədris ilində İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, İstanbulda məktəbin yerləşəcəyi bina Türkiyə tərəfindən ayrılıb:

“Hazırda məktəb binasında təmir işləri gedir. İstanbulda Azərbaycan vətəndaşı çox olduğu üçün buna ehtiyac olduğunu düşündük. Məktəbdə Türkiyən və Azərbaycan tədrisi məzmunundan istifadə olunacaq. Azərbaycan məktəbi orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?