Modern.az

Şagird və xadiməni döyən direktor müavini işdən çıxarıldı - VİDEO

Şagird və xadiməni döyən direktor müavini işdən çıxarıldı - VİDEO

Təhsil

24 Sentyabr 2025, 10:18

Lənkəran rayonunda şagird və xadiməyə zorakılıq edən direktor müavininin görüntüləri yayılıb. 

Məlumata görə, hadisə M.Qarayev adına Zövlə kənd orta məktəbində baş verib.

Modern.az məsələ ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində