Türkiyə və Azərbaycan hər zaman biri-birinin yanındadır və bu, belə də davam edəcək. Biz bütün sahələrdə əməkdaşlıq edirik. Elm və təhsil sahəsində də əməkdaşlığımız genişlənir”.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel deyib.
O bildirib ki, Türkiyənin 8 dövlət universitetinin rektoru Qarabağ Universiteti ilə əməkdaşlıqda maraqlıdır.
“Biz hər zaman sizin yanınızdayıq. Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorları da Azərbaycana, Qarabağ Universitetinə məhz bunun üçün gəlmişdilər. Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşdük, söhbətləşdik, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Təbii ki, yenə də görüşəcəyik”, - deyə Ekrem Gürel vurğulayıb.
Rektorun sözlərinə görə, Türkiyə universitetləri güclü olduqları sahələrdə Qarabağ Universitetinə dəstək verəcəklər. Bildirib ki, İğdır Universiteti kənd təsərrüfatı və aqrar məhsulların dəyərli məhsullara çevrilməsi sahəsində ixtisaslaşıb.
Qeyd edək ki, Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin (İğdır Universiteti, Qars Qafqaz Universiteti, Artvin Çoruh Universiteti, Ağrı İbrahim Çeçen Universiteti, Bolu İzzet Abant Baysal Universiteti, Ərzurum Texniki Universiteti, Van Yüzüncü Yıl Universiteti, Ardahan Universiteti) rektorlarından və İğdır Azərbaycan Evinin rəhbərindən ibarət nümayəndə heyəti bugünlərdə Xankəndidə yerləşən Qarabağ Universitetində olub.
Səadət Hakıyeva