Modern.az

Xəzər rayonunda yeni məktəb istifadəyə verildi - FOTOLAR

Xəzər rayonunda yeni məktəb istifadəyə verildi - FOTOLAR

Təhsil

2 Oktyabr 2025, 17:50

Heydər Əliyev Fondunun paytaxtda yeni tədris ilində istifadəyə verdiyi növbəti təhsil müəssisəsinin ünvanı Xəzər rayonu 324 nömrəli tam orta ümumtəhsil məktəbidir.

Bu barədə Modern.az BŞTİ-dən məlumat verilib.

2007-ci ildə inşa olunan məktəbin binası da ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Şagird sıxlığı yaşandığından məktəb 3 növbəli fəaliyyət göstərib, məktəbdə emalatxana və laboratoriya olmayıb.

Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərçivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəb artıq yeni təhsil ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ