Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə reallaşdırdığı “Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Mahir Süleymanlı olub.
Modern.az xəbər verir ki, BDU rektorunun elm və təhsil üzrə müşaviri professor Aydın Kazımzadə 2023-cü ildən universitetdə keçirilən “Heydər Əliyev mühazirələri” layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi BDU-nun dünyaşöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tələbələrə öyrədilməsidir.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Mahir Süleymanlı müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndər Heydər Əliyevin siyasi obrazının xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu deyib. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məruzəçi davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu vurğulayıb.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.