Modern.az

Alimlərə limitsiz və ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi

Alimlərə limitsiz və ödənişsiz məqalə dərc etmək imkanı təqdim edildi

Təhsil

8 Oktyabr 2025, 10:58

Elm və Təhsil Nazirliyi və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Sözügedən razılıq əsasında azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universiteti Nəşriyyatının jurnallarında dərc edə bilərlər. Razılaşma ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını da təqdim edir.

Xidmətdən istifadə etmək istəyən müəlliflər “Cambridge Core” (cambridge.org/core/journals) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.

Sizə yeni x var
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi