Modern.az

Bakıdakı məşhur liseyə direktor TƏYİN EDİLDİ

Bakıdakı məşhur liseyə direktor TƏYİN EDİLDİ

Təhsil

9 Oktyabr 2025, 17:03

Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin direktoru, professor Nasim Abışov vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib.

Nasim Abışov "Tərəqqi" liseyinə 2018-ci ildə direktor təyin olunmuşdu. O bu vəzifədə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanı əvəz etmişdi.

Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. (Mənbə: qaynarinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi