Modern.az

Bu Universitetdə yeni ixtisaslar açılacaq

Bu Universitetdə yeni ixtisaslar açılacaq

Təhsil

10 Oktyabr 2025, 15:22

Hazırda İtaliya-Azərbaycan Universitetində yeni fakültələrin yaradılması planlaşdırılmır. Bununla belə, mövcud fakültələr çərçivəsində yeni ixtisasların açılması istiqamətində işlər davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə Təhsil TV-yə müsahibəsində ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov məlumat verib. O bildirib ki, Dizayn və memarlıq fakültəsində fəaliyyət göstərən interyer dizaynı və memarlıq ixtisaslarına əlavə olaraq, artıq şəhərsalma və kommunikasiya dizaynı ixtisasları da tədris planına daxil edilib. Gələcəkdə bu istiqamətdə məhsul dizaynı ixtisasının, magistratura səviyyəsində isə landşaft dizaynı proqramının açılması nəzərdə tutulur.

Elkin Nurməmmədov qeyd edib, universitetin digər fakültələrində də yeni ixtisasların yaradılması istiqamətində müvafiq işlər aparılır və bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi