2025-ci il sentyabrın 1-də Braziliya şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərəcək.